06.11.2024
Noyabrın 6-da Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində Valeh İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdləri ilə birgə "Sevincimiz, xoşbəxtliyimiz cəmiyyətin gələcəyi-uşaqlar " adlı tədbir keçirilib.
Kitabxananın əməkdaşları şagirdlərə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyası və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu barədə, ölkəmizin uşaqlara qayğısı, onların müdafiə olunması, onlar üçün sağlam mühitin yaradılması və görülən işlər barədə geniş məlumat verib.