06.11.2024
Noyabrın 6-da Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında kiçik yaşlı oxucular üçün “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı öyrənək” adlı tədbir keçirilib.
Uşaq şöbəsinin müdiri Günəş Ağayeva azyaşlılara hər bir uşağın öz hüquqlarını bilməsini, lazım gəlsə, həm öz, həm də digər yoldaşlarının hüquqlarını müdafiə etməsini bacarmalı olduğunu qeyd edib. Həmçinin vurğulayıb ki, dövlətimiz tərəfindən uşaqların hüquqlarının lazımi şəkildə qorunması, onların təhsil alması, əylənməsi, xoşbəxt yaşaması üçün hər cür şərait yaradılmışdır.