05.11.2024
Noyabrın 5-də Lerik rayon Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin iştirakı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində " Uşaqlar cəmiyyətin gələcəyidir" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir zamanı şagirdlərə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Uşaq hüquqlarının qorunması onların sağlam gələcəyini təmin etmək, xoşbəxt və səmərəli vətəndaş kimi yetişmələrini dəstəkləmək məqsədini güdür. Ölkəmizdə bu hüquqların təmin olunması üçün qanunvericilik aktları, uşaq müdafiə proqramları və ictimai maarifləndirmə layihələri həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə həyata keçirdiyi tədbirlərlə uşaqların ən böyük dost və himayədarına çevrilib.