06.11.2024
Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitənin Azərbaycan Hökumətinin BMT-nin “Əlilliyi olan Şəxslərin hüquqları haqıında Konvensiya”nın icrası ilə əlaqədar Noyabrın 6-da Astara rayon Heydər Əliyev Mərkəzində təşkilatçılığı ilə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində “Əlil uşaqların hüquqları “ mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin IV-V-VII sinif şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin baş fond mühafizi Elza Kazımova çıxış edərək qeyd etmişdir ki, əlil uşaqlar bütün digər uşaqlarla eyni insan hüquqlarına malikdir. Əlilliyi olan uşaqlara dair görülən bütün tədbirlərdə əsas diqqət uşağın ən yaxşı maraqlarına yönəldilməlidir. Əlilliyi olan uşaqlar, onlara təsir edən bütün məsələlər barədə fikirlərini ifadə etmək hüququna malikdirlər.
Əlilliyi olan insanlar cəmiyyətdə müstəqil yaşamaq hüququna malikdirlər. Dövlətlər əlilliyi olan insanların kiminlə və harada yaşadıqlarını seçmək imkanına malik olmağından və bunun üçün lazım olan dəstəklə təmin olunduqlarından əmin olmalıdırlar.