06.11.2024
Noyabrın 6-da Astara Tarix–Diyarşünaslıq Muzeyində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” na əsasən “Mənim hüquqlarım” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Z.Bünyadov adına şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad olunub.
Tədbiri muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev tədbiri açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”da çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, çəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi xüsusi yer tutur.
Uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafının stimulaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təçkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.
Sonra mövzu ilə bağlı məruzə oxunub və məruzə ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb.