05.11.2024
Noyabrın 5-də Lerik rayon Mədəniyyət Mərkəzi və Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Lerik şəhər 2 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqları mövzusunda tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Ruslan Məmmədov, məktəbin yuxarı sinif şagirdləri və pedaqoji heyəti iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev və Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Ruslan Məmmədov çıxış edərək ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər haqqında məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə həyata keçirdiyi tədbirlərlə uşaqların ən böyük dost və himayədarına çevrilib.