05.11.2024
Noyabrın 5-də Mahmudavar kənd Folklor evinin təşkilatçılığı ilə açıq havada "Qələbən mübarək, Azərbaycan" adlı bayram tədbiri keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Zəfər Gününün xalqımızın taleyindəki böyük əhəmiyyətindən bəhs olunub.
Tədbir konsert proqramı ilə davam edib.