04.11.2024
Masallı rayon Heydər Əliyev Mərkəzi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə rayon ümümtəhsil məktəblərində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı layihəyə başlanılıb.
Noyabrın 4-də Masallı rayon Heydər Əliyev Mərkəzi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə rayonun R.Əlihəsənov adına 1 saylı tam orta məktəbinin şagirdləri üçün “Qarabağ Azərbaycandır” mövzusunda Tarix dərsi keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova şagirdləri salamlayaraq bildirib ki,Azərbaycan Ordusu 44 gün ərzində öz qəhrəmanlığı, şücaəti, döyüş qabiliyyəti ilə tarix yazdı. Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü və təslim olmağa məcbur etdi.
Daha sonra mövzu ilə bağlı şagirdlərə təqdimat nümayiş olunub və Vətən müharibəsi iştirakçısı, Tarix müəllimi Ə.Alışov tərəfindən Tarix dərsi keçirilib.
Tarix dərsi məktəbin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.