05.11.2024
Noyabrın 5-də Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar "Zəfərimiz işıq saçır dünyaya" mövzusunda tədbir keçirilib.
Tədbirdə Z.Bünyadov adına şəhər 2 saylı orta məktəbin müəllimləri Günel Babayeva,Emil Məmmədov və V sinif şagirdləri iştirak ediblər.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Zəfər Günü ilə bağlı məlumat verərək bildirib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki,Qarabağ millətimizin milli ləyaqət rəmzidir.30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı.
Yekunda şagirdlərin ifasında şeirlər səsləndirilib.