05.11.2024
Noyabrın 5-də Ərkivan qəsəbəsində yerləşən Əlvan Bağırov adına 4 saylı tam orta məktəbdə Zəfər Günü qeyd olunub.
Ərkivan sənətkarlıq evi və məktəbim birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq Qələbənin tariximizin şanlı səhifələrindən olduğu vurğulanlb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-həmlə əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu açdı. Torpaqlarımız işğaldan azad edildi. Bu gün biz qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edirik: “Hazırda Qarabağda quruculuq işləri dayanmadan, sürətlə davam etdirilir. Artıq Qarabağa Böyük Qayıdışa başlanılıb. Qarabağlılar öz tarixi yurd-yuvalarına geri dönürlər”.
Daha sonra məktəblilərin ifasında şeirlər səsləndirilib, rəqs və kompozisiyalar təqdim olunub.