05.11.2024
Noyabrın 5-də Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Tural Hümmətovun xatirə löhvəsinin açılış mərasimi keçirilib.
Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov,Xatirə lövhəsinin müəllifi Tərlan Sadıqov,rəssam Şöhrəddin Səbziyev,Osakücə kənd icra nümayəndəsi Ramin Dövlətov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqlardan, şanlı qələbəmizin tarixi əhəmiyyətindən bəhs ediblər.
Sonra idarə rəisi şəhid anaları ilə birlikdə xatirə lövhəsinin açılışını edib.
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən M.Kələntərli adına şəhər klubunun əməkdaşları tərəfindən xatirə lövhəsinin qarşısına əklil qoyulub, daha sonra klubun dərnək üzvü şəhid Tural Hümmətovun xatirəsinə həsr olunmuş şeir səsləndirilib.
Yekunda şəhid Tural Hümmətovun anası Cəmilə ana tədbirdə əməyi keçən hər kəsə ailəsi adından təşəkkür edib.