05.11.2024
Noyabrın 5-də Astara Tarix–Diyarşünaslıq Muzeyində 8 Noyabr Zəfər günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad olunub.
Muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev tədbiri açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü hər il noyabrın 8-də qürurl hissi ilə qeyd olunur. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. Azərbaycan Silahlı Qvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır.
Sonra məruzə ətrafında çıxışlar olub və şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.