06.03.2019
6 mart tarixində Masallı Tarix Diyarşünaslıq muzeyin və Masallı Dövlət Rəsm Qalereyanın birgə təşkilatşılığı ilə “Cəfər Cabbarlı yaradıcılığında zamanın səsi” mövzusunda Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə rayonumuzun ictimai-siyasi fəaliyiyyətində fəallıq göstərən xanımlar,Asan xidmətin gənc xanım gönüllüləri və yeniyetmə rəssam xanımlar iştirak edirdilər.
Muzeyin direktoru Tağıyeva Əntiqə Birinçi Vitse Prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan və Masallı xanımlarını 8 mart qadınlar günü münasibətilə təbrik edərək tədbiri açdı.Sonra Tağıyeva Azərbaycan Resbuplikasının Prezidenti cənab İlham Əliyev böyük ədibin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncamın verilməsindən və Cəfər Cabbarlıya qarşı olan hörmət –ehtiram və sevğinin olmasından,Azərbaycan mədəniyyətinə olan diqqətindən danışdı. Tağıyeva Qadın azadlığı Cəfər Cabbarlı dramaturgiyasının əsas mövzularından olmasından Azərbaycan qadının bədbəxt taleyinə həsr etməsindən, Cabbarlının qadın surətləri passiv etirazdan başlayaraq fəal etiraza,ictimai mübarizəyə qədər yüksəlməsindən danışdı.
Tədbirdə muzeyin elmi işçisi Məmmədova Dilgüşə,Bədəlan kənd orta məktəbin dil ədəbiyyat müəllimi Şahbazova Məhbubə,MRİHB Hüşkədərə inzibati ərazi üzrə nümayəndəsi Cəfərova Qumra, MRİHB Türkoba inzibati ərazi üzrə nümayəndəsi Leyla Əzizova,Şəhid anası Xudaverdiyeva Zərifə, yazar Dilşad Nüsrətqızı, “Halay” flokolor qrupunun rəhbəri Natavan Cəbiyeva,gənc könüllü Aytac xanım çıxış edərək , xanımlarımızı bayram münasibətə ilə təbrik edtdilər. Natiqlər çıxışlarında Cəfər Cabbarlı yaradıcılığında qadın obrazlarında qaldırılan məsələ bu gün üçün keçmiş etap kimi görünsədə,bütüvlükdə öz aktuallığını itirməməsindən və zamanın hər dönəminə aydın səslənməsindən danışdılar.
Tədbirin sonunda uşaqlar “Almaz” pyesindən Ana və qız kompoziyasını səhnələşdirilmiş halda ifa etdilər.