04.11.2024
Noyabrın 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mərkəzdə Zəfər gününə həsr olunan "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Yardımlı rayon İcra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, idarə, müəssiə və təşkilatların nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbirdə çıxış edənlər - İcra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova və mərkəzin əməkdaşı Zeynəb Məmişzadə şanlı Zəfər tariximiz haqqında geniş məlumat veriblər. Çıxışçılar sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərməsindən, bu qələbə ilə bütün şəhidlərimizin qisasının alınmasından söz açıblar.
Yekunda "Vətən müharibəsi-anbaan" filmi nümayiş olunub.