05.11.2024
Noyabrın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mərkəzdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq Hüquqlarının müdafiəsi hər bir dövlətin inkişafını şərtləndirən mühüm amildir” adlı tədbir keçirilib.
Tədbirdə RİH başçısı aparatının Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və uşaqlarla iş üzrə komisiyanın aparıcı məsləhətçisi –psixoloqu Fikrət Qəhrəmanov və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edənlər uşaqların hüquqlarının müdafiəsi və onların üstün maraqlarına dair müddəaların Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Bəyannaməsində, “Uşaq hüquqları haqqında” Konvensiyasında və digər beynəlxalq sənədlərdə təsbit edildiyindən, ölkəmizin uşaqlara diqqətin artırılması, onların müdafiə olunması, təhlükəsizliklərinin təmin olunması, uşaq sağlamlığına diqqətin artırılması, onlar üçün sağlam mühitin yaradılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində yürütdüyü dövlət siyasəti və görülən işlər barədə danışıblar.
Yekunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.