Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

01.11.2024

Noyabrın 1-də Lerik rayon Mədəniyyət Mərkəzi, Polis şöbəsi və İcra Hakimiyyətinin təşkilatçılığı ilə Anbu kən orta məktəbin “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqları, narkomaniya və erkən nikah mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev, İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Araz Quliyev Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, məktəb direktoru Sabir İbadov, yuxarı sinif şagirdləri və pedaqoji heyəti iştirak ediblər.

Çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər haqqında məlumat veriblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə həyata keçirdiyi tədbirlərlə uşaqların ən böyük dost və himayədarına çevrilib.

Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev və İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Araz Quliyev çıxış edərək cəmiyyətin sağlam gələcəyi üçün ciddi təhlükələr yaradan narkomaniya və erkən nikahların səbəb olduğu fəsadlar və acı nəticələrlə bağlı geniş məlumatlar veriblər.