Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlətçilk uğrunda canından keçən qəhrəman

04.11.2024

Noyabrın 4-də Masallı rayon Mərkəzi Kitabxanasında Milli Qəhrəman Aqil Musayevin anadan olmasının 50 illiyi münasibətilə “Dövlətçilk uğrunda canından keçən qəhrəman” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov bildirib ki, zəngin qəhrəmanlıq keçmişinə malik Azərbaycan xalqı öz bağrından çoxlu ləyaqətli övladlar yetişdirib.Xalqımızın belə qəhrəman oğullarından biri də dövlətçilik naminə fədakarlıq göstərərək canını fəda etmiş Aqil Musayev idi.

Sonra şəhidin həyat və döyüş yolu haqqında məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva vurğulayıb ki, Aqil Hüseyn oğlu Musayev 1974-cü ilin noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub.Orta təhsilini başa vurduqdan sonra sürücü peşəsinə yiyələnib.1993-cü ildə Milli Ordu sıralarına qoşulub.Qeyd olunub ki, onun ən böyük arzusu işğal altında olan torpaqları mənfur düşməndən xilas etmək idi.Elə bu amal uğrunda da döyüşlərə rəşadətlə qoşulur,ölümün gözünə dik baxırdı. 1994-cü ilin oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstələrin zərərsizləşdirilməsində iştirak edən Aqil Musayev, qəhrəmancasına həlak olub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Qazax şəhərindəki küçələrdən birinə şəhidimizin adı verilmiş, xatirəsinə bulaq tikilmişdir.