04.11.2024
Noyabrın 4-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Uşaqları zərərli informasiyalardan necə qoruyaq?” adlı tədbir keçirilib.
Tədbirdə İntiqam Əsgərli adına 3 saylı və Rafiq Əlihəsənov adına 1 saylı orta məktəbin şagirdləri iştirak ediblər.
Kitabxananın əməkdaşı Gülər Piriyeva informasiya bolluğunun yaşandığı müasir zamanda uşaqların sosial şəbəkələrdə zərərli informasiyadan qorunmasının millətin sağlam gələcəyi baxımından zəruri olduğunu bildirib.
O,məktəblilərin diqqətinə çatdırıb ki,uşaqların zərərli informasiyadan qorunması ilə bağlı münasibətlər “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 30 oktyabr 2018-ci il tarixli Qanunla tənzimlənir.
Sonra kitabxananın əməkdaşı Gülər Kərimova məruzəsində vurğulayıb ki,uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsiplərinə uşaqların mənafelərinin üstün tutulması,onların hüquq və azadlıqlarının təmin olunması,həyat və sağlamlıqları üçün təhlükə olan zorakılıq,narkotik və psixotrop vasitələrin,alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın və digər məsələlər üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aiddir. Qeyd olunub ki, uşaqların zərərli informasiyadan qorunması üçün dövlət qurumlarının fəaliyyəti ilə yanaşı cəmiyyətin hər bir fərdinin fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməsi qaçılmazdır.