Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda gənc xanım rəssamların sərgisi

06.03.2019

Masallı  rayon Dövlət Rəsm Qalereyasında  “ 8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti  ilə əlaqədar Masallı rayon 11-illik İncəsənət məktəbinin rəssamlıq bölməsində təhsil alan rəssam xanımların yaradıcılığından   ibarət rəsm  sərgisi  təşkil olunmuşdur. Sərgidə gənc xanım rəssamlarımız  öz  əsərlərini numayiş etdiriblər. Səgidə iştirak edən  Quliyeva  Türkan,   Dadaşova Alsu,    Abbasova  Ayşən,  Bəşirli Jalə,Bədirzadə  Aytac,  Kazımova  Mirzeynəb,  Fərəcli Nurgül,  Səlimova Dilbər, Əliyeva Sevanə, Məmmədli Ləman, Qurbanova Leyla Qalereyamız  tərəfindən  “Fəxri Fərmanlarla” təltif  olunmuşlar. Sərginin nümayişi martın 6-dan-12-dək davam edəcəkdir.