04.11.2024
Noyabrın 4-də Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Astara rayon N.Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində “Zəfərimiz qürurumuzdur!” mövzusunda tarix dərsi keçirilib.
Tarix dərsində məktəbin IX-XI sinif şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Mərkəzin baş fond mühafizi Elza Kazımova mövzu ətrafında şagirdlərə məlumat verərək bikdirib ki, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
Yekunda şagirdlər rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.