Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı mübarizə

29.10.2024

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024 cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, F.Əliyarov adına şəhər 6 saylı, P.Həsənov adına Çayoba kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə iştirakçılara məlumat verib.