Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ydımlıda Bədən tərbiyyəsi günü qeyd olundu

05.03.2019

05 mart 2019 –cu il tarixdə Yardımlı şəhərində yerləşən Gümüş sarayda Yardımlı rayon Mədəniyyət mərkəzi və rayon Gənclər idman idarəsinin birgə iştirakı ilə “5 mart Bədən tərbiyyəsi və İdman gününə” həsr edilmiş musiqili ədəbi bədii gecə keçirilmişdir. Çıxış edən natiqlər Azərbaycanda, eləcə də Yardımlı rayonunda idmanın bu günü və gələcəyi barədə məlumat vermişlər.

       Tədbirin aparıcısı rayon MKS – in şöbə müdiri Manafov Gündüz Balayar oğlu tədbirin mahiyyəti barədə məlumat verdikdən sonra rayon Gənclər və İdman idarəsinin rəisi A.Alışov hesabat məruzəsi ilə çıxış etmişdir. Rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin ifa etdiyi musiqilər dinləyicilərin marağına səbəb olmuşdur. Ansamblın üzvü Canağa Hadiyevin ifası tədbir iştirakçıları tərəfindən hərartlə qarşılanmışdır. Rayonun ağsaqqalı Məzlum Mənsimov çıxış edərək gənclərə öz dəyərli tövsiyyələrini çatdırmışdır. Sonda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini A.Xamiyev çıxış etmiş və bir qrup fəallara diplomlar hədiyyə etmişdir.