Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Gələcəyimizin təminatçıları” mövzusunda tədbir keçirilib

30.10.2024

Oktyabrın 30-da Masallı Tarix- Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə gənclər və idman sektoru, “Masallı Gənclər Evi “ sosial xidmət müəssisəsi, Ombudsman Cənub Regional Mərkəzinin təşkilatçılığı və Lənkəran -Astara Regional Təhsil İdarəsi Masallı rayon üzrə təhsil sektorunun dəstəyi ilə “Uşaq hüquqları aylığı “ çərçivəsində “Gələcəyimizin təminatçıları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Şəhər 4 saylı Digah tam orta məktəbində keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidləri əziz xatirəsi hörmətlə yad edilib.

Tədbirdə çıxış edən təşkilatçı müəssisələrin nümayəndələri tərəfindən iştirakçılara “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının məqsədi, uşaq hüquqlarının yaranma tarixi, bu sahədə milli və beynəlxalq qanunvericilik, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat çatdırılıb.

Bundan əlavə, çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nda uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların respublikamızda uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdıraraq onlara bununla bağlı öz tövsiyələrini veriblər.