Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əlilliyi olan şəxslərin əmək hüququ və güzəştləri

02.11.2024

Masallı rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə “Əlilliyi olan şəxslərin əmək hüququ və güzəştləri“ mövzusunda maarifləndirici tədbir keçirilib

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova bildirib ki, fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında iştirakının mental və mənəvi stimullaşdırılması ictimai öhdəliklərdəndir. Əlillərin əmək hüquqlarının qorunması və onlara əmək şəraitinin yaradılması qanunvericiliklə tənzimlənir. Onlara işlədikləri yerdə qanunla əlavə hüqüqlar verilir. Bu, əsasən onların məzuniyyət hüququ, iş vaxtı və digər normalarda hiss olunur. L.Həsənova çıxışına davam edərək Ölkəmizdə əlillərin sosial müdafiəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət yetirildiyini və bu sahədə bir sıra dövlət əhəmiyyətli proqramların həyata keçirilməsini,əlillərin mənzil, maşın, əlil arabaları ilə təmin olunduğunu, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirdiklərini bildirib.

Tədbirdə iştirak edən gənclər fiziki məhdudiyyətli şəxslər və fiziki məhdudiyyətli insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürüblər.