Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda milli azlıqlar

23.10.2024

“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə əlaqədar oktyabrın 23-də Astara rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda milli azlıqlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, F.Əliyarov adına şəhər 6 saylı, P.Həsənov adına Çayoba kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların həyatında və onlara münasibətdə yeni bir dönəm başladı. Ulu öndərin rəhbərliyi altında qəbul olanan AR Konstitusiyasının "Bərabərlik hüququ" adlanan 25-ci, 44-cü və 45-ci maddələri bu və ya digər mənada milli azlıqların hüquqlarının qorunmasına tam təminat verir.

Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilir ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq hüquqların hər hansı şəkildə - bilavasitə və dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir. Cinayət Məcəlləsi isə vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.