Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Tarixi

23.10.2024

Oktyabrın 23-də Masallı Tarix- Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Rafiq Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbində “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsində məktəbin VIII sinif şagirdləri iştirak edib.

Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova və Nazənin Heydərzadə mövzu ətrafında şagirdlərə məlumat verərək 2020- ci il sentyabrın 27 -də başlayan II Qarabağ - Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan qədim torpaqlarımızın 44 gün ərzində işğaldan azad edilməsi və bu müharibənin 27-ci günündə baş vermiş hadisələrdən geniş bəhs ediblər.

Sonra muzeyin əməkdaşı, qazi Talib Qəzənfərli keçdiyi döyüş yolundan danışıb.