18.10.2024
Oktyabrın 18-də Lənkəran Mərkəzi Kitabxanasında 18oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar "Müstəqillik yollarında uğurlu addımlar" mövzusunda tədbir keçirilib.
Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları, şəhər 10 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə iştirakçıların bu günün tarixi mahiyyəti haqqında olan çıxışları dinlənilib.
Bədii hissədə isə şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.