18.10.2024
Oktyabrın 18-də Masallı rayon Mərkəzi Kitabxanasında 20 oktyabr-Zəngilan şəhəri günü ilə əlaqədar “Zəngilan əzəmətli günlərinə qovuşur” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki,Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən 20 oktyabr-Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin 2020-ci il oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunması ilə bağlıdır.
Sonra kitabxananın əməkdaşı Gülər Kərimova məruzəsində vurğulayıb ki,şanlı Azərbaycan Ordusu 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun işğaldan azad olunması uğrunda əməliyyata başlamışdır.Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi düşmən tapdağından azad olundu. Qeyd olunub ki, qələbədən sonrakı dövrdə Qarabağın digər ərazilərində olduğu kimi, Zəngilanda da geniş abadlıq və bərpa işləri aparılır,vaxtilə köçkün düşmüş soydaşlarımızın öz doğma topraqlarına qayıdışı təmin olunur. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Vətən müharibəsində qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəman əsgər və zabitlərimizə borcluyuq.