Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xöşbəxt taleyli sənətkar

21.10.2024

Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edulməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq oktyabr 21-də Astara rayon Heydər Əliyev Mərkəzində Nəbi Xəzrinin həyat və yaradıçılğına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara rayon Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, Ş.Qasımov adına şəhət 4 saylı, Y.Ağayev adına Artupa kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.

Sonra “Nəbi Xəzrinin əsərləri” mövzusunda film nümayiş olunub.