Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı gəncləri üçün yeni layihəyə start verilib

23.10.2024

Masallı gəncləri üçün həyata keçirilən “Təqdim edir: Gənclik” layihəsinin ilk görüşü baş tutub

Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva ekoloji problemlər, yaşıl enerjiyə keçid, gənclərin ekoloji problemlərin həll edilməsində rolundan söhbət açıb, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyətini vurğulayıblar.

Sonra çıxış edən Masallı Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin (MasallıGİKM)

rəhbəri Orxan Əliyev iştirakçılara layihə haqqında ətraflı məlumatlar verib, onlara müsabiqədə uğurlar arzulayıb.

Qeyd edək ki, layihə Masallı gəncləri üçün Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı, Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə icra olunur. Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekoloji savadlılığının artırılması, ekoloji problemlərə gənclərin yanaşmasının sərgilənməsi bu sahədə gənclərin rolunun daha da artırılmasından ibarətdir.