Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mən bir susmaz duyğuyam ki...” C.Cabbarlı 120

28.02.2019

Cəlilabad MKS-də. 28 fevral 2019-cu il tarixdə şair,yazıçı,dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar "Mən bir susmaz duyğuyam ki..." adlı tədbir keçirildi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,yazıçı Meyxoş Abdullah, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mirkamil Mirxəliloğlu, ADPU Cəlilabad filialının baş müəllimi Tofiq İsgəndərov, Əməkdar Mədəniyyət İşçisi Cahangir Muradov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Salamat Nəcəfov,Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin müəlliməsi Xədicə Salmanova, ADPU Cəlilabad filialının tələbələri, Cəlilabad şəhər 2,8 saylı orta məktəblərin müəllim və şagirdləri iştirak edirdilər. Tədbirdə şairin şeirləri, şeirlərinə bəstələnmiş mahnılar ifa edildi və "Sevil", "Solğun çiçəklər" əsərlərindən tələbə və şagirdlərin iştirakı ilə hazırlanmış səhnələr nümayiş etdirildi. Tədbirdə həmçinin şairə həsr edilmiş kitab sərgisi tamaşaçılara təqdim edildi.