Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanlı Zəfər Tarixi

08.10.2024

 

Oktyabrın 8-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində “Şanlı Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsində məktəbin IX sinif şagirdləri iştirak edib.

Muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş məruzə edib.

Sonra muzeyin əməkdaşı, qazi Talib Qəzənfərli keçdiyi döyüş yolundan bəhs edib.

Məktəbin tarix müəllimi Elanora Babayeva isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməmiş şəhidlərimizin daim dərin ehtiramla yad ediləcəyini vurğulayıb.

Yekunda şagirdləri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılıb.