Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tarix dərsi keçirilib

09.10.2024

Oktyabrın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı rayon M.A.İmanov adına Ostayr kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tarix dərsi keçirilib.

Dərsdə Ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində Azərbaycan gəncliyi naminə həyata keçirdiyi əvəzsiz işlərdən, o cümlədən 1993-cü ildə Ümummilli liderin yenidən hakimiyyətə qayıdışı ilə gənclərimizə göstərilən xüsusi diqqət və qayğıdan söz açılıb.

Sonda məktəblilər mərkəzdə mövcud olan eksponatlar və sərgilərlə tanış olublar.