Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Zəfər tariximizə səyahət” adlı tədbir keçirilib

08.10.2024

Oktyabrın 8-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinə həsr olunan "Zəfər tariximizə səyahət" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı şəhər 4 saylı orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Çıxış edənlər tariximizin şanlı səhifəsi olan, illər əvvəl xalqımıza qarşı törədilən misilsiz faciələrin qisasına çevrilən, itirilmiş doğma torpaqlarımızı bizə geri qaytaran Vətən müharibəsi haqqında geniş məlumat veriblər.

Yekunda tədbir iştirakçıları Vətən müharibəsinə həsr olunan sərgi ilə, o cümlədən Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.