Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Vətən müharibəsinin 15-ci günü” adlı tədbir keçirilib

11.10.2024

Oktyabrın 11-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin il dönümünə həsr olunan silisilə tədbirlərin davamı olaraq "Vətən müharibəsinin 15-ci günü" adlı tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ayaz Əliyev, Yardımlı şəhər Kitabxanasının kollektivi, Qabaqdibi kənd orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi uğrunda canını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə çıxış edənlər şanlı Zəfər tariximizə qədər Azərbaycan ordusunun keçdiyi inkişaf yolundan, müharibənin başlama səbəblərindən, uzun illər Azərbaycan Respublikasının sülh tərəfdarı olmasından, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə nizami ordu yaradılması istiqamətində atılan addımlardan, Azərbaycan əsgərinin ilk olaraq Aprel döyüşlərində, sonra Tovuz döyüşlərində, daha sonra Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz döyüş şücaətindən, son olaraq antiterror tədbirləri ilə dövlət suverenliyimizin bərpa olunmasından, 27 sentyabrdan 11 oktyabr tarixinə qədər, yəni müharibənin 15-ci gününə qədər ordumuzun işğaldan azad etdiyi ərazilərimiz haqqında, o cümlədən bu gün Qarabağ ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən geniş şəkildə bəhs ediblər.

Yekun olaraq tədbir iştirakçıları Vətən müharibəsinin il dönümünə həsr olunan "Yaşayan qəhrəmanlar" adlı sərgi və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.