Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

11.10.2024

Oktyabrın 11-də Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında kiçik yaşlı oxucular üçün nağıl saatı keçirilib.

Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayevanın təqdimatında oxunan "Tülkü və çəpiş" adlı nağılı uşaqlar böyük maraqla dinləyiblər.

Daha sonra balaca oxucuların nağıl personajları haqqında suallarına ətraflı cavab verilib.