Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Beynəlxalq Qızlar Günü” münasibətilə tədbir keçirilib

11.10.2024

Lerik Rayon Heydər Əliyev Mərkəzinin və GİKM-ın Lənkəran-Astara Regional nümayəndəliyinin birgə əməkdaşlığı, rayon məktəblilərinin iştirakı ilə Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında "11 Oktyabr-Beynəlxalq Qızlar Günü" münasibətilə maarifləndirici görüş keçirilib.

İlk öncə qısametrajlı film nümayiş edilib. Daha sonra bu günün tarixi və mahiyyəti haqqında məlumat verilərək, qız uşaqlarının hüquqlarının qorunmasına diqqət çəkmək, gender bərabərliyini təşviq etmək və qızların üzləşdiyi problemlərə diqqət yetirmək olduğu xüsusi vurğulanıb.

Sonda məktəbli qızlar məqsəd və hədəflərindən danışaraq müzakirələr aparıblar.