Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxanaya sərf olunan ömür

15.10.2024

Oktyabrın 15-də Masallı rayon Mərkəzi Kitabxanasında veteran kitabxanaçı Adil Heydərovun 79-cu doğum günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, uzun müddət kitabxanaya rəhbərlik etmiş Adil Heydərov ömrünün ən mənalı illərini mədəniyyət sahəsinə həsr edib.O, xeyli vaxtdır təqaüdə çıxmasına baxmayaraq, kitabxana ilə mütəmadi əlaqə saxlayır,gənc kitabxanaçılara öz dəyərli məsləhətlərini çatdırır.

Çıxışlarda vurğulanıb ki, Adil Heydərov müəssisəyə rəhbərlik etdiyi zamanlarda işçilərinə qarşı tələbkar və prinsipial olmaqla yanaşı, onlara diqqət və qayğı ilə yanaşıb.

Yekunda Adil Heydərov kitabxana kollektivinə ona verilən dəyərə və göstərilən xoş münasibətə görə təşəkkür edib.