Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər ölməz , vətən bölünməz!

14.10.2024

Oktyabrın 14-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Əmrah Hüseynlinin mövlud günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə mədəniyyət nümayəndələri, şəhid ailələri, qazilər, hərbiçilər və içtimaiyyət nümayəndələri iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çəxışlarda 44 günlük Vətən müharibəsində tarix yazan oğullarımızın şərəfli döyüş yolundan söhbət açılıb və vurğulanıb ki, Azərbaycanın tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan düşünülmüş və məqsədyönlü siyasət dayanırdı.

Sonra şəhər 1 saylı tam orta məktəbin II sinif şagirdlərinin ifasında kompozisiyalar təqdim olunub.

Yekunda şəhid Əmrah Hüseynlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş edilib.