15.10.2024
Oktyabrın 15-də Astara rayon Heydər Əliyev Mərkəzində İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi ilə əlaqədar “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 21 ili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları və M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir.
Sonra mövzu ilə bağlı film nümayiş olunub.
Çıxışlar və məruzə dinlənildikdən sonra tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.