Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Füzuli şəhəri günü ilə əlaqədar dəyirmi masa keçirilib

16.10.2024

Oktyabrın 16-da Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Füzuli şəhəri günü"nə həsr olunmuş tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsindən söhbət açılaraq vurğulanıb ki, bu günləri əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Republikasının işğaldan azad ediımiş əraziləri üzrə şəhər günləri təsis edilib.