Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ədəbiyyat aşiqi

16.10.2024

Oktyabrın 16-da Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq Hüseyn Razinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Kitabxananın əməkdaşı Gülər Piriyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, Hüseyn Məmməd oğlu Rzayev 17 oktyabr 1924-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.İkinci Dünya müharibəsində Sovet Ordusu sıralarında faşist Almaniyasına qarşı döyüşüb. Mülki həyata qayıtdıqdan sonra Ordubadda müəllim, Dəstə kənd klubunda müdir, bir çox mətbuat orqanlarında məsul vəzifələrdə çalışmışdır.

Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, Hüseyn Razi özünəməxsus yaradıcılığında vətənpərvərlik, mərhəmət və humanizmi amalları tərənnüm etmiş, oxucularına yüksək insani hisslər aşılamışdır. O, poetik əsərlərlə bərabər, Sovet ədəbiyyatından bir çox şeirləri dilimizə çevirmişdir. Dramaturqun pyesləri teatrlarda tamaşaya qoyulmuş, yüzlərlə publisistik məqalə və oçerklər, teatr resenziyaları yazmışdır. Qeyd olunub ki, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilmişdir. H. Razi Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi(1984) fəxri adları ilə təltif olunmuşdur. Hüseyn Razi 1998-ci il fevral ayının 27-də vəfat etmiş və doğulduğu Dəstə kəndində dəfn edilmişdir.