18.10.2024
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar "Müstəqilliyimdən doğan Zəfər" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin müəllimi Elnarə Məlikova və VII sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki,"18 Oktyabr-Müstəqilliyin Bərpası Günü" təqvimin ən gözəl və şərəfli tarixlərində biridir. Çünkü müstəqilliyimiz bizi zəfərə aparmış,dünyada qalib ölkələr sırasında yer almışıq.
Sonra mövzu ilə bağlı çıxışlar və şeirlər dinlənilib.