Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid ailələri ziyarət olunub

17.10.2024

Oktyabrın 17-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı və idarə aparatının əməkdaşları şəhid Kamran Səmədov, Taleh İsmayılov, Valeh Əkbərzadə, Vasif Abıyev, Xəyal Əhədzadə, Kamran Vəlizadə və Aqşin İbadovun ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidlərin döyüş yolundan söhbət açılıb, qəhrəmanlıqlarından bəhs edilib, ailələrin problemləri dinlənilib.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.