Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Zəfər səsi” filmi nümayiş olunub

17.10.2024

Oktyabrın 17-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon sektorunun birgə təşkilatçılığı ilə mərkəzdə Vətən müharibəsinin il dönümünə həsr olunan silsilə tədbirlərin davamı olaraq "Zəfər səsi" filmi nümayiş olunub.

Filmin nümayişində təşkilatçı qurumların əməkdaşları, Şəfəqli kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Filmin nümayişindən sonra Vətən müharibəsi haqqında məlumat təqdim olunub.

Yekunda tədbir iştirakçıları mərkəzdə Vətən müharibəsinin il dönümünə həsr olunan "Yaşayan qəhrəmanlar" adlı sərgi və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.