Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.

17.10.2024

Oktyabrın 17-də Yardımlı rayon Mərkəzi Kitabxanasında narkomaniyaya qarşı mübarizə çərçivəsində "Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon İcra hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi Yardımlı rayon sektoru və Yardımlı rayon Peşə məktəbinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər əsrimizin bəlası, günümüzün ən aktual problemi, cəmiyyətdə gəncləri özündən asılı vəziyyətə salan narkotik vasitələrin, spirtli içkilərin, siqaret və ümumilikdə, zərərli vərdişlərin cəmiyyətə vurduğu ziyanlar və onların aradan qaldırılması yolları barəsində geniş məlumat veriblər.