Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Tarixi-dini abidələrlə zəngin Füzulimiz sənə qayıtdıq” mövzusunda tədbir keçirilib

17.10.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrlə zəngin Füzulimiz sənə qayıtdıq” mövzusunda tədbir keçirilib.

Kollecdə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları , Qarabağ müharibəsi iştirakçıları, veteranlar, qazilər, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Çıxışlarda 5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində ilk qazanılan qələbədə 22 yaşayış məntəqəsi işğaldan azad olunmuş Füzulinin 27 il sonra Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və 62 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən bəhs edilib.

Yekunda Füzuli döyüşlərində iştirak edən bir qrup veteran və qazi göstərdikləri igidliklərə görə təşkilatçılar tərəfindən "Fəxri Fərman"la təltif olunublar.