Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda etnik rəngarənglik

17.10.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanda etnik müxtəliflik mövzusuna həsr olunmuş tədbir keçirilib.

Kitabxananın əməkdaşı Gülər Piriyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan müxtəlif dini və etnik qrupların ənənəvi dözümlülük və dinc birgəyaşayışı üzərində qurulmuş siyasətin aparıldığı çoxmillətli dövlətdir.O,vurğulayıb ki, ölkəmizdə yaşayan etnik quplar Azərbaycan mənəvin irsinin zənginləşməsinə öz töhfələrini vermiş, onun mədəniyyətinə özünəməxsus çalarlar qatmış,bu rəngarəng etnomədəni mənzərəni tarixin bütün mərhələlərində mühafizə edə bilmişlər.

Sonra kitabxananın digər əməkdaşı Gülər Kərimova məruzəsində diqqətə çatdırıb ki, əsrlərdən bəri Azərbaycanı özünə məskən seçmiş etnoslar zaman keçdikcə ÜmumAzərbaycan maddi-mənəvi və mənəvi dəyərlərinə sahib olmaqla yanaşı, etnik xüsusiyyətlərimni də qoruyub saxlamışlar. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə varlığını sürdürən etnik azlıqların hüquqlarının qorunması sahəsində bir sıra addımlar atılıb.Onların sovet dövründə ictimai sahələrdə işləməsinə qoyulmuş qadağalar aradan qaldırılmış, doğma dillərində ilk mətbuat orqanları işıq üzü görmüş, ibtidai məktəblərdə tədrisinin əsası qoyulmuşdur.