Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Dövlət müstəqilliyimiz:Ən böyük sərvətimiz!” mövzusunda tədbir keçirilib

18.10.2024

Oktyabrın 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə A.Ç.Bağırov adına Vərgədüz kənd orta məktəbinin kollektivi iştirak edib.

Çıxış edənlər Azərbaycan Respublikasının uzun zaman müstəqilliyi naminə apardığı mübarizədən, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımızın ümumən məhv olma təhlükəsindən qurtardığından, bu günkü müasir, müstəqil, bütöv Azərbaycanın gücündən söz açıblar.

Sonra müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli liderə həsr olunan "Dahi şəxsiyyət" sənədli filmi nümayiş olunub.

Tədbir iştirakçıları mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olduqdan sonra tədbirə yekun vurulub.