Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “18 oktyabr-Müstəqilliyin Bərpası Günü”mövzusunda tədbir keçirilib

18.10.2024

Oktyabrın 18-də Yardımlı rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Yardımlı şəhər 1 saylı tam orta məktəbində “18 oktyabr-Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib.

Sonra kitabxana əməkdaşı Həzrət Əsgərli çıxış edərək Müstəqillik günü haqqında Azərbaycan Respublikasının qanunu, həmçinin 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ”Konstitusiya Aktının qəbul olunması və bu Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olunması haqqında geniş məlumat verib.

Sonda mövzu ilə əlaqədar şagirdləri maraqlandıran suallar cavablandırılıb.